...

Laçın yolundan 19 avtomobil keçib (FOTO)

Gündəm Materials 2 Fevral 2023 13:23 (UTC +04:00)
Laçın yolundan 19 avtomobil keçib (FOTO)

Şuşa. Trend:

Səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus avtomobil karvanları geri qaydır.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya keçirilən ərazidən 1 minik, 18 yük avtomobili maneəsiz keçid edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 53 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti