...

Kanada dörd "Leopard 2" tankından birincisini Ukraynaya göndərib

Gündəm Materials 5 Fevral 2023 03:16 (UTC +04:00)
Kanada dörd "Leopard 2" tankından birincisini Ukraynaya göndərib

Bakı. Trend:

Kiyevə vəd edilən dörd "Leopard 2" tankından birincisi Kanadadan Ukraynaya göndərilib.

Trend-in məlumatına görə, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand deyib.

"Döyüş tankları Ukraynanın köməyinə gedir. İlk Kanada "Leopard 2" artıq yoldadır", - deyə nazir öz "Twitter" səhifəsində yazıb.

A.Anand göyərtəsində avadanlıq olan Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Halifaksdan (Yeni Şotlandiya vilayəti) havaya qalxdığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti