...

Vasif Tağyev hücum anından danışdı - XİN (VİDEO)

Gündəm Materials 6 Fevral 2023 15:30 (UTC +04:00)
Vasif Tağyev hücum anından danışdı - XİN (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İrandakı səfirliyimizə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyin Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqində nümatiş etdirilən videoçarxda qeyd edilib.

Vasif Tağıyev videoçarxda bildirib ki, tapançadan açılan güllə onun çənəsindən girərək gözünün alt nahiyəsindən çıxıb.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti