Bakı. Trend:
Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs
iştirakçılarına çatdırılıb.
Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində
uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının
peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi
kursların əhəmiyyəti xüsusi qeyd edilib.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs
birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib, xatirə şəkili çəkdirilib.