...

Azərbaycan vətəndaşları Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anır (FOTO)

Gündəm Materials 8 Fevral 2023 15:41 (UTC +04:00)
Azərbaycan vətəndaşları Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anır (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gündən bəri Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gələrək Türkiyədəki zəlzələdə həyatını itirənləri yad edirlər.

Trend-in məlumatına görə, hazırda da paytaxt sakinləri səfirlik önünə gələrək əklil və gül dəstələri düzürlər.

Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə 7 günlük milli matəm elan edilməsi ilə əlaqəli Türkiyənin Azərbaycandakı səfirliyindəki bayraq yarıya endirilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti