...

BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 8 Fevral 2023 16:33 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 minik avtomobili yenidən Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-ya məxsus 6 minik avtomobilinin Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

Sözügedən avtomobillər səhər saatlarında da əks itiqamətdə hərəkət etmişdilər.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 59 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti