...

Türkiyə rəsmiləri FHN-in mobil səhra hospitalında olublar (FOTO/VİDEO)

Gündəm Materials 14 Fevral 2023 16:44 (UTC +04:00)

Bakı. Trend:

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Trend xəbər verir ki, bu gün Türkiyə Respublikası səhiyyə nazirinin müavini Tolqa Tolunay və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini general-mayor Durmuş Aydemir FHN-in mobil səhra hospitalında olub, burada yaradılmış şəraitlə, həmçinin, hospitalda müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıblar.

T.Tolunay və D.Aydemir hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti