...

Laçın-Xankəndi yolundan RSK-ya məxsus 10 maşın maneəsiz keçid edib (FOTO)

Gündəm Materials 18 Fevral 2023 17:06 (UTC +04:00)
Laçın-Xankəndi yolundan RSK-ya məxsus 10 maşın maneəsiz keçid edib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın - Xankəndi yolundan RSK-ya məxsus nəqliyyat vasitələrinin maneəsiz keçidi davam edir.

Laçından gələn RSK-ya məxsus 1 minik, 9 yük avtomobili Xankəndi istiqamətinə maneəsiz keçid edib.

Səhər saatlarından indiyə qədər RSK-ya məxsus ümumilikdə 58 avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 69 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti