Bakı. Trend:
Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Sənəddə qeyd edilir ki, yay və qış otlaqları (qış otlağının 3
faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla),
örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir.
Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək
sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su
mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub
saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə
riayət etməlidirlər.
Qeyd edək ki, hazırda qanunvericilikdə tikinti ilə bağlı tələblər
əksini tapmayıb.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.