Bakı. Trend:
Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin görüşünün vaxtı və qaydaları artıq işlənib hazırlanır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Hazırda gündəmdə xarici işlər nazirlərinin dördtərəfli formatda görüşünün təşkili var. Onun üsulları və şərtləri üzərində iş aparılır", deyə o bildirib.
Nazir müavini xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Moskvada misirli həmkarı Sameh Şükri ilə birgə mətbuat konfransı zamanı Rusiya tərəfinin İranın Suriya ilə Türkiyə arasında dövlətlərarası münasibətlərin normallaşması işində iştirakını dəstəklədiyini bəyan edib.