...

Rəcəb Tayyib Ərdoğan azərbaycanlı Sərvərlə görüşüb (FOTO)

Gündəm Materials 27 Fevral 2023 18:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi olan Adıyamana səfər edib.

Trend-in məlumatına görə, R.T.Ərdoğan burada köhnə avtomobili ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli ilə də görüşüb.

Qeyd edək ki, Sərvər Bəşirli köhnə avtomobili ilə Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım apararkən özü də bilmədən çəkilən fotosu ilə gündəm olub.

Sərvər Bəşirli bir neçə gün əvvəl zəlzələ bölgəsinə yollanaraq yardımla bağlı işlərdə iştirak edir.

Xəbər lenti

Xəbər lenti