Ağdam. Trend
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurma proseslərinin mütəşəkkil əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün xüsusi əlaqələndirmə qərargahı yaradılıb.
Bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev deyib.
Onun sözlərinə görə, həmin qərargah 2020-ci ilin axırından mütəmadi olaraq fəaliyyət göstərməkdədir.
“Bu qərargah nəzdində fəaliyyət göstərən 10 işçi qrupu böyük əhəmiyyət kəsb edən işlərin əlaqələndirilməsi, müxtəlif proseslərin əlaqələndirilməsi, keyfiyyətin və sürətin bir araya gətirilməsini təmin edir.
Təbii ki bu proseslərin həyata keçirilməsinin əsas şərti
minatəmizləmədir. Bu həm də yenidənqurma işlərini yerinə yetirərək
sakinlərin tam təhlükəsiz şəkildə köçürülməsini təmin etməkdir. Bu
qrupa müxtəlif qurumların nümayəndələri daxiıdir.
Minatəmizləmə əməliyyatı beynəlxalq qaydalara tam uyğun formada
aparılır, əməliyyatlar ən son və müasir texnologiyaların tətbiqi
ilə həyata keçirilir”,- deyə S.Hacıyev bildirib.