Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsi üçün 19 nöqtədə 64 ədəd video müşahidə kamerası quraşdırılaraq istifadəyə verilib.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.
Hazırda həmin ərazilərdə ümumilikdə 84 nöqtədə 218 video müşahidə kamerası, habelə 1 nöqtədə 4 ədəd nömrətanıma sistemi mövcuddur.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.