...

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının nəzərinə: Seçkilərdə səs vermək üçün ünvan konsulluqlara bildirilməlidir

Gündəm Materials 1 Aprel 2023 17:16 (UTC +04:00)
Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının nəzərinə: Seçkilərdə səs vermək üçün ünvan konsulluqlara bildirilməlidir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Türkiyədə keçiriləcək Prezident, eləcə də parlament seçkilərində ölkə xaricində və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının və ya ikili vətəndaşların səs verə bilməsi üçün yaşadıqları ünvan ölkə xarici olmalıdır.

Bu barədə Trend-ə açıqlamasında Yüksək Seçki Qurumu Mərkəzi Azərbaycan Proqramlar sədri Ramazan Qaraşahin deyib.

“Azərbaycanda yaşayan Türkiyə vətəndaşları və ya ikili vətəndaşlıqları olanlar 02.04.2023-cü il, saat 17:00-dək Türkiyənin Bakı, Gəncə, Naxçıvan konsulluqlarına ünvanlarını bildirməlidirlər. Əks təqdirdə, builki seçkilərdə səs verə bilməyəcəklər. Onlar üçün seçkilər 5,6,7 may tarixlərində olacaq. Düşünürük ki, hər bir Türkiyə vətəndaşı səsvermədə iştirak etməlidir. Azərbaycanda səsvermə hüququna sahib vətəndaşlarımızın ən çox olduğu bölgə Bakıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti