...

"WhatsApp"dan növbəti yenilik

Gündəm Materials 3 Aprel 2023 10:55 (UTC +04:00)
"WhatsApp"dan növbəti yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp” məxfiliyə yönəlmiş funksiyaları artırmağa davam edir. Ani mesajlaşma platforması istifadəçilərə barmaq izi və ya şifrədən istifadə edərək müəyyən söhbətləri kilidləməyə imkan verəcək.

Trend-in məlumatına görə, bu sayədə istifadəçilər tətbiqdə istədikləri söhbətləri gizlətmək imkanı əldə edəcəklər.

Hazırda "Android" və "iOS"da "WhatsApp"ı kilidləmək mümkün olsa da , konkret bir şəxslə mesajları gizlətmək mümkün deyil.

Yeni kilidlənmiş söhbət funksiyasının təfərrüatları hələlik məlum deyil, ancaq bunun həm qrup, həm də fərdi söhbətləri kilidləməyə imkan verməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti