...

“Heydər Əliyev İli” münasibətilə növbəti konfrans Zaqatalada təşkil edilib (FOTO)

Gündəm Materials 4 Aprel 2023 15:50 (UTC +04:00)
“Heydər Əliyev İli” münasibətilə növbəti konfrans Zaqatalada təşkil edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 4-də Zaqatala şəhərində “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans keçirilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Zaqatala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Tədbir çərçivəsində, həmçinin, "Zəfər kompleksi" abidəsi önünə gül dəstələri düzülüb.

İştirakçılar Zaqatala rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olub.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsi olduğunu qeyd edib.

Dahi lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar barədə danışan Erkin Əlixanov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib, fəaliyyətini beynəlxalq standartlara uyğun formalaşdırmaqla müasir dövlət təsisatına çevrilmiş prokurorluq orqanlarına göstərilən diqqət və qayğıdan bəhs edib.

Konfrans zamanı çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə işgüzar tədbirin Zaqatala şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Konfransda, həmçinin, Zaqatala rayon prokuroru Rasim Musayev, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış edib.

Tədbir iştirakçıları “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filminə baxıb.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotoşəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti