...

Bakıda orta məktəbdə kütləvi zəhərlənmə, 14 şagird xəstəxanaya yerləşdirildi

Gündəm Materials 18 Aprel 2023 17:54 (UTC +04:00)
Bakıda orta məktəbdə kütləvi zəhərlənmə, 14 şagird xəstəxanaya yerləşdirildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda orta məktəbdə kütləvi zəhərlənmə olub.

Trend-in məlumatına görə, hadisə 149 saylı məktəbin şagirdləri arasında baş verib.

Hadisə nəticəsində 14 şagird zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Kliniki Tibbi Mərkəzdən Trend-ə faktı təsdiqləyiblər.

Bildirilib ki, mərkəzin təcili yardım şöbəsinə 14 şagird zəhərlənmə diaqnozu ilə gətirilib. Hazırda şagirdlərin müayinəsi aparılır, vəziyyətləri sabitdir, həyatı təhlükəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti