...

Türkiyədə daha böyük hərbi gəmi inşa ediləcək - Ərdoğan

Gündəm Materials 19 Aprel 2023 01:49 (UTC +04:00)
Türkiyədə daha böyük hərbi gəmi inşa ediləcək - Ərdoğan

Bakı. Trend:

Türkiyədə "TCG Anadolu" hərbi hücum gəmisindən iki dəfə böyük hərbi gəmi inşa ediləcək.

Trend-in məlumatına görə, bu barədə "TRT" televiziya kanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"TCG Anadolu" gəmisindən iki dəfə böyük olacaq gəmi inşa edəcəyik", - deyə Türkiyə prezidenti bildirib.

Onun sözlərinə görə, Türkiyə bununla da dənizdəki gücünü daha da artıracaq.

Qeyd edək ki, dünyada ilk dron gəmisi olan TCG Anadolu amfibiya tipli hücum gəmisi Türkiyənin ən böyük hücum gəmisidir. Gəminin tikintisinə 2014-cü ildə başlanılıb.1iyul 2020-ci ildə gəminin liman testlərinin ardınca 20 iyun 2022-ci ildə dəniz sınaqları tamamlanıb. Ən müasir radar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla 100-ə yaxın avtomobili göyərtəsində, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir. 27 min 436 ton yük daşıya biləcək gəmiyə Türkiyənin Hürjet, Milli Döyüş Təyyarəsi, Kızılelma kimi hava gəmilərinin də yerləşdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti