Bakı. Trend:
Rəqəmsallaşma və texnologiyaya cavabdeh olan "G7" ölkələrin nazirləri aprelin sonunda keçiriləcək görüşdə süni intellektlə bağlı fəaliyyət planı qəbul etmək niyyətindədirlər.
Trend-in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti hökumət mənbələrinə istinadən bildirib.
Qeyd edilir ki, G7-nin rəqəmsal qurumlarının rəhbərləri "ChatGPT" çat botundan və digər analoqlardan istifadə zamanı məlumat sızması ilə bağlı narahatlıqlar fonunda “məsuliyyətli süni intellekt” konsepsiyasının həyata keçirilməsini müdafiə etmək istəyirlər.
"G7" nazirlərinin süni intellekt idarəetməsi, eləcə də şəbəkə məkanında məlumatların etibarlı və sərbəst paylanması, yüksək sürətli 6G rabitəsinin yeni nəslinə baxışı ilə bağlı bir neçə ayrı sənəd hazırlaması gözlənilir.