...

Bir sıra kibergigiyena qaydaları ilə tanış olun

Gündəm Materials 19 Aprel 2023 12:36 (UTC +04:00)
Bir sıra kibergigiyena qaydaları ilə tanış olun
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal dünyada kibergigiyena qaydalarına əməl etmək onlayn təhlükəsizliyimiz üçün olduqca vacibdir.

Trend onların bəzilərini təqdim edir:

Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.

1) Hesablarınıza böyük-kiçik hərflər, rəqəm və işarələrdən təşkil olunmuş ən azı 10 simvoldan ibarət şifrələr təyin edin;

2) Mobil və kompüter cihazlarında antivirus proqramlarından istifadə edin;

3) Hesablarınızda ikimərhələli identifikasiya funksiyasını aktivləşdirin;

4) Cihazlarınızda yeniləmələrlə bağlı bildirişləri açıq saxlayın və bildiriş daxil olduqda yeniləməni mütləq başladın;

5) Hesablarınıza şübhəli mənbələrdən göndərilmiş mesajların tərkibindəki faylları yükləməyin və yaxud keçidlərə klik etməyin;

6) Mobil tətbiqləri və proqram təminatlarını yalnız rəsmi mənbələrdən yükləyin;

7) İctimai Wİ-Fi şəbəkəsi vasitəsilə fərdi məlumatlarınızı ötürməyin və onlayn hesablarınıza daxil olmayın;

8) Tətbiqləri quraşdırarkən tətbiq tərəfindən tələb olunan icazələri nəzərdən keçirin;

9) Cihazlarınızdakı məlumatların mütəmadi olaraq ehtiyat nüsxəsini yaradın;

10) Fərdi məlumatlarınızı daxil etməzdən öncə veb-saytın rəsmi və etibarlı mənbə olduğundan əmin olun;

11) Mobil cihazınızı atmadan və ya başqa şəxslərə birdəfəlik istifadəyə vermədən əvvəl fabrik ayarlarını sıfırlayın.

Kibergigiyena qaydalarına əməl etməyi unutmayın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti