...

6G internet sürətində yeni rekord

Gündəm Materials 26 Aprel 2023 14:14 (UTC +04:00)
6G internet sürətində yeni rekord
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın bütün maneələrinə baxmayaraq 5G-də liderliyini qoruyan Çin 6G texnologiyalarına da sürətlə start verib. Erkən investisiyaların bəhrəsini almağa başlayan Çin təşkilatları simsiz ötürmə sürətində rekordlar qırır.

Trend-in məlumatına görə, aparılan 6G sınaqlarında 100Gbps simsiz ötürmə sürətinə nail olunub və rekord qırılıb.

Terahertz səviyyəsində qırılan bu rekord fiber üzərindən edilən ötürmələrə yaxındır. İnstitut bu səviyyəyə çoxsaylı siqnal əks etdirmə rejimləri və qabaqcıl antenalar ilə çata bilib.

Rekord sürətlər də bir çox sahələrdə inkişafı dəstəkləyəcək. Qısa mənzilli genişzolaqlı ötürmələr və kosmos kəşfiyyat vasitələri arasında yüksək sürətli məlumat ötürülməsi kimi layihələr sayəsində kosmosun dərin tədqiqi və yeni kosmik gəmilərin inkişafı kimi bir çox şey mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti