Bakı. Trend:
"Windows"-u formatladıqdan sonra quraşdırılan ilk proqramlardan biri olan "WinRAR" artıq "Windows 11"də avtomatik yazılacaq.
Trend-in məlumatına görə, "Build 2023" tədbirində "Microsoft" elan etdi ki, "Windows 11" "RAR" və "Windows" istifadəçilərinin illərdir gözlədiyi bir sıra digər arxiv formatlarını dəstəkləyəcək.
"Libarchive açıq mənbə layihəsindən istifadə edərək, tar, 7-zip, rar, gz və daha çox əlavə arxiv formatları üçün yerli dəstəyi əlavə etdik. İndi siz "Windows"da sıxılma zamanı arxiv funksiyalarının işini təkmilləşdirə bilərsiniz", - "Windows" rəhbəri Panos Panay açıqlamasında bildirib.
"Microsoft" bu dəstəyin yaxın həftələrdə yeniləmə ilə "Windows 11"ə gələcəyini bildirir. Eyni zamanda, yeni formatların dəstəklənməsi istiqamətində də işlər aparılır.