...

Şuşaya qayıdacaq əhalinin siyahısı tamamlanır (ÖZƏL)

Gündəm Materials 7 İyun 2023 13:25 (UTC +04:00)
Şuşaya qayıdacaq əhalinin siyahısı tamamlanır (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşaya köçürüləcək vətəndaşların siyahısı dəqiqləşdirilir. Yaxın zamanda bu proses yekunlaşacaq və köç prosesinə hazırlıq başlanılacaq.

Bu barədə Trend-ə özəl açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, Şuşaya köç prosesi sürətli və ünvanlı davam etməlidir.

"Şuşada xəstəxana tikintisi yekunlaşır. Məktəb artıq yeni tədris ilinə hazır olacaq.

Qarabağda bərpa-quruculuq işləri çox sürətlə aparılır. Geri dönəcək əhali də bu prosesə cəlb olunacaq, quruculuğun canlı şahidi olacaq”,- deyə xüsusi nümayəndə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti