...

Müəssisələrdə HACCP sistemi tətbiq edilməli və izləmə sistemi qurulmalıdır - Qoşqar Təhməzli

Gündəm Materials 12 İyul 2023 11:45 (UTC +04:00)
Müəssisələrdə HACCP sistemi tətbiq edilməli və izləmə sistemi qurulmalıdır - Qoşqar Təhməzli
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin məcburi tətbiqinə dair texniki normativ hüquqi akt layihəsi hazırlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Q.Təhməzli deyib ki, istehsal və emal fəaliyyətini həyata keçirən iri sahibkarlıq subyektləri “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini tətbiq etməlidirlər.

AQTA sədri vurğulayıb ki, iri sahibkarlıq subyektləri 2 il ərzində HACCP sisteminin tətbiqini başa çatdırmalıdırlar. Bu müddətdən sonra yoxlamalar HACCP prinsipləri əsasında hazırlanmış yoxlama sualları əsasında aparılacaq və bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti