...

"Li-Fi" texnologiyası interneti 100 dəfə sürətləndirə bilər

Gündəm Materials 17 İyul 2023 20:11 (UTC +04:00)
"Li-Fi" texnologiyası interneti 100 dəfə sürətləndirə bilər
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Li-Fi" adlı naqilsiz şəbəkə standartı qəbul edilib.

Trend-in məlumatına görə, Elektrik və Elektronika Mühəndisləri İnstitutu (IEEE) 802.11bb standartı ilə "Wi-Fi"dan fərqli olaraq "Li-Fi"də məlumatların ötürülməsi sürəti 100 dəfə yüksəkdir.

"IEEE" məlumatların optik üsul (işıq vasitəsilə) ilə ötürülməsi əsasında çalışan naqilsiz şəbəkə standartını qəbul edib. "Li-Fi" sistemi məlumatları radio dalğalar vasitəsilə ötürmür. Sistem optik diapazonda adi işıq diodu lampasının iştirakı ilə əmələ gələn sayrışan işıqların köməkliyi ilə ikili kodlar yaradaraq məlumatları ötürə bilir.

Məlumatı qəbul edən qəbuledicilər isə fotonları yenidən məlumatlara konvertasiya edə bilərlər. "Li-Fi", "Wi-Fi" və 5G kimi ənənəvi texnologiyalarla müqayisədə təhlükəsizliyi təmin edərək daha sürətli və etibarlı simsiz rabitə təmin etmək qabiliyyəti ilə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti