Bakı. Trend:
Qubada qanunsuz kömür quyuları aşkar edilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Qanunsuz kömür istehsal edənlərin rayonun Xanagah və Tüləkəran kənd sakinləri Rahib Şixzadayev və Mürvət Dadaşov olduqları müəyyən edilib.
Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.