...

Erməni əsilli şəxslər Livanda Azərbaycan səfirliyinə hücumunun görüntüləri (VİDEO)

Gündəm Materials 31 Avqust 2023 10:49 (UTC +04:00)
Erməni əsilli şəxslər Livanda Azərbaycan səfirliyinə hücumunun görüntüləri (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Trend xəbər verir ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Trend Livanda Azərbaycan səfirliyinə hücumu əks etdirən həmin görüntüləri təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti