...

"Ağıllı kənd"lər Azərbaycana nə vəd edir? - AÇIQLAMA

Gündəm Materials 6 Sentyabr 2023 12:44 (UTC +04:00)
"Ağıllı kənd"lər Azərbaycana nə vəd edir? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya və Azərbaycan arasında Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kəndin” tikintisinin layihə sənədləri ilə bağlı müqavilə imzalanacaq.

Ümumilikdə Azərbaycan bir neçə belə “ağıllı” kənd salmaq istəyir.

Bəs Qarabağda salınan “ağıllı” kəndlərin hansı üstünlükləri var?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən texnobloqer Fərid Pərdəşünas bildirib ki, hazırkı zamanda texnologiya elə inkişaf edib ki, əşyalar belə internetə qoşularaq öz aralarında əlaqələr qura, bir-birinə məlumat ötürüb əmrləri icra edə bilirlər.

"Ancaq "ağıllı şəhər və kənd" layihələri böyük layihələrdir. Belə ki, kommunikasiya, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, su boruları, yol-nəqliyyat infrastrukturunun qurulması ağıllı texnoloji əsaslarla qurulmalıdır. "Ağıllı şəhər və kənd"lər də məhz bu konseptlərə əsaslanır".

Ekspert qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə texnoloji əsaslarla kəndlərin salınması çox məntiqlidir.

"Burada infrastruktur sıfırdan salındığı üçün hər şeydə texnoloji qaydalara əməl ediləndə nəticə etibarilə mükəmməl infrastruktur yaranır. "Ağıllı kənd" konsepsiyası ekoloji baxımdan da sərfəlidir. Belə ki, burada günəş enerjisi ilə işləyən panellər görə bilərik. Bu panellər həm enerjiyə qənaət edir, həm ətraf mühiti çirklənmədən qoruyur. "Ağıllı kənd"lərə turist axınının ölkə iqtisadiyyatına böyük köməyi dəyə bilər. Belə ki, həmin yerlərə həm də turist axınını təşkil etmək olar", - deyə o vurğulayıb.

Qeyd edək ki, işğaldan azad edilən torpaqlarda ilk "ağıllı kənd" Zəngilan rayonunun Ağalı kəndində salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti