...

Bağlı qalmış 26 qətl hadisəsinin üstü açılıb

Gündəm Materials 8 Sentyabr 2023 11:29 (UTC +04:00)
Bağlı qalmış 26 qətl hadisəsinin üstü açılıb

Trend-i buradan izləyin

Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ötən illərdən bağlı qalmış 26 qətl hadisəsinin üstü açılıb.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, hazırkı tarixə qədər 26 nəfər barəsində 21 nəfərin cinayət işinin istintaqı başa çataraq məhkəməyə göndərilib.

“Artıq 15 iş üzrə ittiham hökmü çıxardılıb. Onlardan 1 nəfər barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası məhkəmə tərəfindən verilib. Xüsusilə qeyd edim ki, icraatımızda olan bağlı qalan cinayət işlərinin 20 faizinin peşəkar əməkdaşlarımız tərəfindən üstü açılıb”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti