Bakı. Trend:
Türkiyə yaxın vaxtlarda, 1-2 il ərzində güclü zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yaşayış evləri tikməyi planlaşdırır
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Concordia" sammiti çərçivəsində amerikalı iş adamları ilə görüşündə deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə fevralın 6-da ölkədə baş verən zəlzələdən sonra Liviya və Mərakeşdəki fəlakətlərin acısını anlayır.
"50 min insanımızı itirmişik, evi dağıdılan vətəndaşlarımızın tez bir zamanda öz evlərində məskunlaşmalarını istəyirik", - deyə o qeyd edib.
R.T.Ərdoğan Türkiyənin Liviya və Mərakeşə yardım etməyə hazır olduğunu açıqlayıb.
"Biz hələ Mərakeşdən cavab almamışıq, lakin Liviyadan bir cavab almışıq. Biz 3 təyyarə, ərzaqla dolu üç gəmi və avadanlıqlar göndərmişik", - deyə Türkiyə prezidenti əlavə edib.