...

Düşmən sosial şəbəkələrdə nikbinlik məqsədilə hazılanmış manipulativ xəbərlər yayır - DİN

Gündəm Materials 20 Sentyabr 2023 10:33 (UTC +04:00)
Düşmən sosial şəbəkələrdə nikbinlik məqsədilə hazılanmış manipulativ xəbərlər yayır - DİN
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlarımızdan xahiş edirik ki, ermənilərin sosial şəbəkələrdə yaydıqları dezinformasiyalara inanmasınlar.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev brifinqdə deyib.

O qeyd edib ki, düşmən nikbinlik məqsədilə hazılanmış manipulativ xəbərlər yayırlar.

"Bu məqamlarla bağlı vətəndaşlarımız məsuliyyətli olmaldır", - deyə o, əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti