...

Müdafiəmiz qanunvericiliyə və beynəlxalq konvensiyaların tələblərinə uyğun qurulacaq - Arutyunyanın azərbaycanlı vəkili

Gündəm Materials 4 Oktyabr 2023 11:17 (UTC +04:00)
Müdafiəmiz qanunvericiliyə və beynəlxalq konvensiyaların tələblərinə uyğun qurulacaq - Arutyunyanın azərbaycanlı vəkili
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq.

Trend xəbər verir ki, bu barədə Xankəndidə həbs edilərək Bakıya gətirilən keçmiş separatçı rejimin sabiq "rəhbəri" Arayik Arutunyanın vəkili Alov Səfərəliyev deyib.

“Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”, - deyə vəkil əlavə edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan saxlanılıb.

Bununla yanaşı Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti