...

İlin sonuncu Günəş tutulması olacaq

Gündəm Materials 14 Oktyabr 2023 13:31 (UTC +04:00)
İlin sonuncu Günəş tutulması olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 14-də ilin sonuncu Günəş tutulması baş verəcək. Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq.

Bu barədə Trend-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Ay Yerdən bir qədər uzaqlaşanda (apogeydə və yaxınlığında) Ayın diski Günəş diskini tam örtə bilmir və bu zaman halqavari tutulma müşahidə olunur.

Günəşin Ayın ətrafında “atəş halqası” yaratdığı bu halqavari tutulma ABŞ, Meksika, Mərkəzi Amerika, Kolumbiya və Braziliyadan keçən dar bir zolaqda görünəcəkdir. Venesuela, Ekvador, Boliviya, Paraqvay və Çilidə isə qismən tutulma müşahidə olunacaq. Tutulmanı Azərbaycandan izləmək mümkün olmayacaq.

Günəş tutulmasını internet üzərindən canlı izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti