Bakı. Trend:
Azərbaycan Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirib
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyindən bildirilib.
Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir.
Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə
ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri
üzrə paylanılması artıq başa çatıb. Hazırda, peyvənd
materiallarının respublikanın digər şəhər və rayonlarına
çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq.
Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü
şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin
profilaktikası üçün əhəmiyyətlidir.