Bakı. Trend:
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, səfər çərçivəsində qrup üzvlərinin Çinin xarici işlər naziri Van İ və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub.
Görüş zamanı İsraillə Fələstin arasında baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.
Xatırladaq ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.