...

Qəbələdə həkimin səhvinə görə baş verən ölüm faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb

Gündəm Materials 30 Noyabr 2023 14:48 (UTC +04:00)
Qəbələdə həkimin səhvinə görə baş verən ölüm faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi cari il yanvarın 14-də İsmayıllı şəhər sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Qəbələ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla həmin tibb müəssisəsinin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Vahid Babayevin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdiyi qüsurlu tibbi xidmət nəticəsində Murad Süleymanlının ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vahid Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti