...

"Gmail" mövcud olan köhnə hesabları silib

Gündəm Materials 2 Dekabr 2023 13:05 (UTC +04:00)
"Gmail" mövcud olan köhnə hesabları silib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün "Google" şirkəti "Gmail" elektron poçtunda mövcud olan, lakin iki ildir ki, bir dəfə də olsa istifadə edilməyən hesabları silib.

Trend xəbər verir ki, bununla da 2 ildən artıq müddətdə istifadə olunmayan hesablar silinib.

Qeyd edək ki, "Google" bu hesabların silinməməsi üçün istifadəçiləri məlumatlandırmışdı. Şirkətin son bəyanatında da qeyd olunmuşdu ki, iki ildən artıqdır ki istifadə olunmayan hesabların silinməməsi üçün istifadəçilərin sadəcə olaraq bir dəfə "Gmail" üzərindən elektron poçtlarına daxil olması kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti