...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Gündəm Materials 8 Dekabr 2023 11:23 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp" səsli mesajlar üçün foto və videolarda gördüyümüz birdəfəlik mesaj silmə funksiyasını istifadəyə verib.

Trend-in məlumatına görə, yeni funksiya ilə artıq səsli mesajlara bir dəfə baxmaq mümkündür. Başqa sözlə, səs yazısı göndərdiyiniz şəxs və ya insanlar tərəfindən dinlənildikdən sonra silinəcək.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti