...

Məhkəmələrdə monitorinqin aparılmasına dair plan təsdiq edilib

Gündəm Materials 15 Dekabr 2023 11:32 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iclasda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı və qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib.

İclasda eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 8 oktyabr tarixli qərarı ilə “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Plenumun 2009-cu il 3 noyabr tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri müzakirə edilərək, təsdiq edilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

Xəbər lenti

Xəbər lenti