Bakı. Trend:
ABŞ dövlət katibi Antoni Blinkenin gələn həftə İsrailə və bir sıra digər Yaxın Şərq ölkələrinə səfəri gözlənilir.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı İsrail rəsmisinə istinadən bildirib.
Məlumata əsasən, səfərlər Qəzza zolağındakı vəziyyətlə bağlı atılacaq əlavə addımları müzakirə etmək üçün təşkil olunacaq.
Gözlənilən səfərin təfərrüatları verilməyib.