Bakı. Trend:
ABŞ-də elektrikli avtomobil istehsalçısı "Tesla"nın fabrikində “qüsurlu” robotun hücumu nəticəsində mühəndis yaralanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə Ostindəki "Tesla" fabrikində proqram mühəndisinin “qüsurlu” robotun hücumuna məruz qaldığı aşkarlanıb.
Fabrikdəki şahidlərin açıqlamalarına görə, mühəndisin istehsal sahəsində alüminium avtomobil hissələrini daşımaq üçün nəzərdə tutulmuş robotun metal caynaqlarının kürəyinə və qoluna batması və onu sıxması nəticəsində yaralandığını qeyd edilib. Şahidlərin bildirdiyinə görə, mühəndis robotdan xilas olmağa çalışarkən, başqa bir işçi “təcili dayandır” düyməsini sıxıb.
Məlumata görə, hadisədə robotun müdaxiləsi nəticəsində mühəndisin sol əlində kiçik kəsik olduğu qeyd edilib.