...

“Youtube”a rəqib gəlir: Artıq “TikTok”da 30 dəqiqəlik video yükləmək mümkün olacaq

Gündəm Materials 27 Yanvar 2024 17:44 (UTC +04:00)
“Youtube”a rəqib gəlir: Artıq “TikTok”da 30 dəqiqəlik video yükləmək mümkün olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"TikTok"da 30 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir.

Trend-in məlumatına görə, “TikTok” İngiltərədəki istifadəçilər üçün maksimum 10 dəqiqəlik video yükləmə müddətini 30 dəqiqəyə qədər artıracaq.

Qeyd edək ki, qısa videoları ilə populyarlıq qazanan “TikTok” ilkin olaraq maksimum video müddəti 15 saniyə idi. Bu müddət sonradan 1 dəqiqə, 3 dəqiqə və daha sonra 10 dəqiqəyə qədər artırıldı. Daha sonra yeniləmə bir daha edildi və müəyyən regionlarda 15 dəqiqəyə artırıldı.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti