...

"Google" kriptovalyuta reklamına qadağaları aradan qaldırıb

Gündəm Materials 30 Yanvar 2024 14:34 (UTC +04:00)
"Google" kriptovalyuta reklamına qadağaları aradan qaldırıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Nəhəng maliyyə qurumları tərəfindən "Bitcoin ETF" tətbiqlərinin təsdiqlənməsi "Bitcoin" qiymətinə müsbət təsir göstərməsə də, sənayedə bəzi şeyləri dəyişməyə başlayıb.

Trend-in məlumatına görə, "Google" illər sonra kriptovalyuta reklamlarına icazə verir.

2018-ci ilin mart ayında artan təhlükəsizlik narahatlıqları səbəbindən "Google" kriptovalyuta layihələrinin reklamlarını qadağan etdi. 5 ildən sonra "Google" da, xüsusən də korporativ dünyanın kriptovalyutalara baxışı dəyişdikdə geri addım atdı.

Məlumata görə, yanvarın 29-dan etibarən "Google"un reklam siyasətlərində dəyişikliklər edilib. Kriptovalyuta güvəni adı verilən reklam şərtlərinə uyğun gələn məhsulların "Google" axtarış şəbəkəsində reklamına icazə verilib.

Qeyd edək ki, şərtlər məhdudlaşdırıcı olduğundan, hər kriptovalyuta layihəsinin "Google" reklam şəbəkəsində görünməsi mümkün deyil.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti