...

Vəzifəli şəxs qəzada öldü (FOTO)

Gündəm Materials 20 Fevral 2024 10:25 (UTC +04:00)
Vəzifəli şəxs qəzada öldü (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda icra nümayəndəsi qəzada ölüb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu sürcülük hüququ və etibarnamə olmadan idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əliməmədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırmış.

Xəbər lenti

Xəbər lenti