...

Xaçmaz rayonunda “ Xocalı- faciədən doğan intiqam “ adlı tədbir keçirilib (FOTO)

Gündəm Materials 26 Fevral 2024 15:13 (UTC +04:00)
Xaçmaz rayonunda “ Xocalı- faciədən doğan intiqam “ adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümünə həsr edilmiş “Xocalı- faciədən doğan intiqam “ adlı tədbir keçrilib.

Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri əvvəlcə mərkəzin foyesində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Anım tədbirində Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 30 il işğal altında qalan torpaqlarımızı Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bir çox torpaqlarımız kimi, Xocalı şəhəri də separatçılardan təmizləndi.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin və məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səslənib, vətənpərvər mahnılar ifa edilib. Ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şanlı Zəfərimizi özündə əks etdirən videoçarxlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti