...

Naxçıvan MR Antiinhisar Nəzarəti Xidmətinin rəisi vəzifədən azad edildi

Gündəm Materials 29 Fevral 2024 23:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Bəxtiyar İsmayılov bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti