...

Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ilə yeni dövrün başlanmasını arzulayırıq - Ərdoğan

Gündəm Materials 13 Mart 2024 03:44 (UTC +04:00)
Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ilə yeni dövrün başlanmasını arzulayırıq - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını arzulayırıq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunması Türkiyənin prioritetlərindən biridir.

Türkiyə Prezidenti Şərqi Aralıq və Egey dənizində Yunanıstanla münasibətlərdə son zamanlar formalaşan mənfi atmosferin dəyişəcəyinə və səylərin konkret nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. R.T.Ərdoğan əlavə edib ki, Türkiyə Balkanlarda sabitliyə və sülhə xidmət edən addımları hər zaman dəstəkləyir.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin NATO müttəfiqi olan ABŞ ilə Vaşinqtonda keçirilən sonuncu strateji mexanizm görüşündə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılıq əldə olunub və Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji məqsəd olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti