...

Qida patogenləri yenidən aktivləşib - Teymur Musayev

Gündəm Materials 5 Aprel 2024 10:51 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə dünyadakı iqtisadi və ekoloji dəyişikliklər qida patogenlərinin yenidən aktivləşməsinə səbəb olub. Tibb müəssisələrində təhlükəsiz qida məhsullarından istifadə xüsusilə mühüm əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bu fikirləri “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə səhiyyə naziri Teymur Musayev səsləndirib.

Onu sözlərinə görə, psiyentlərin əksəriyyəti mikrobioloji və qidalanma risklərinə sağlam insanlardan daha çox həssas olurlar. Bu baxımdan, qida ilə əlaqəli nəzarət tədbirlərinin düzgün şəkildə qurulması Səhiyyə Nazirliyinin diqqətlə yanaşdığı məsələdir.

Xəbər lenti

Xəbər lenti