...

Azərbaycanın mövqeyini dəstəkləyirik - Yaşar Gülər

Gündəm Materials 11 Aprel 2024 14:55 (UTC +04:00)
Azərbaycanın mövqeyini dəstəkləyirik - Yaşar Gülər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri başda Şimali Kipr və Azərbaycan olmaqla, qardaş, dost və müttəfiq ölkələrin haqlı mövqeyini dəstəkləyir, qlobal və regional təhlükəsizliyə, sülhə və sabitliyə töhfə verir.

Trend xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Şanlıurfa vilayətinə səfəri zamanı səsləndirib.

Türkiyənin münaqişə və ziddiyyətlərlə dolu bir regionun tam mərkəzində yerləşdiyini xatırladan Gülər, hər növ risk və təhdidlərə qarşı hazır olmanın əhəmiyyətindən bəhs edib. O, Prezident Rəcəb Tayyip Ərdoğanın böhran və ixtilafların həllinə töhfəsinə diqqət çəkib.

Onun sözlərinə görə, Prezident Ərdoğanın liderliyindəki müasir Türkiyə sülh istiqamətində ciddi addımlar atmağa davam edir.

“Qarabağ, Liviya, Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərq və bir çox digər bölgədə problemlərin həllinə çalışdıq, bu istiqamətdə dəyərli təşəbbüslərlə çıxış etdik və etməyə davam edirik”, - deyə Gülər vurğulayıb.

Türkiyənin qlobal aktora çevrildiyini, beynəlxalq danışıqlar masasında və ümümilikdə qlobal təhlükəsizlik arxitekturasının aktiv iştirakçısı kimi sülh və təhlükəsizliyə maksimum dəstək verdiyini qeyd edən milli müdafiə naziri, Türkiyə ordusunun son illərdə həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarına da diqqət çəkib. Nazir, “PKK terrorçularına çox ciddi zərbələr endirilib. Bu qanlı təşkilatın fəaliyyət qabiliyyəti tükənməkdədir”,- deyə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti