...

Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək

Gündəm Materials 23 May 2024 11:12 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısının gələn il Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısında qərar qəbul edilib.

Qeyd edək ki, toplantıda Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının baş katibi Atilla Öztürk, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin ədliyyə naziri, Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç çıxış edərək türkdilli ölkələr arasında hər sahə üzrə olduğu kimi, məhkəmə-hüquq orqanlarının əməkdaşlığının da inkişafının əhəmiyyətini qeyd edib, bu baxımdan keçirilən tədbirlərin zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu toplantılar vasitəsilə türkdilli ölkələrin sahə üzrə fəaliyyəti dəyərləndirilir, gələcək birgə işlərlə bağlı ortaq qərarlar qəbul edilir.

Xəbər lenti

Xəbər lenti